Əsas
 
Texnologiya haqqında məlumat
elcell xidməti Yaponiyanın tanınmış mobil avadanlıq istehsalçısı olan Kyocera şirkəti və Amerikanın ArrayComm şirkətinin iBurst texnologiyası əsasında işləyir.
iBurst texnologiyası əsasında qurulan şəbəkə end-to-end IP sistemi əsasında işləyən iki əsas komponentdən ibarətdir: şəbəkənin operatoru kimi işləyən baza stansiyası və şəbəkəyə qoşulmaq üçün istifadə edilən simsiz modemlər.

iBurst sistemi geniş yayılmış IP protokolunun şəbəkə strukturu və xidmətlərini dəstəklədiyi üçün abonentlərə geniş spektrli xidmətlər, proqramlar və digər mənbələrdən istifadə etmək imkanı verir.

Texnologiyanın əsas fərqləndirici cəhətlərindən biri də istiqamətləndirilmiş antennalardan istifadə edilməsidir. Aktiv istifadəçi müəyyən olunduqda, sistem antennanın vəziyyətini dəyişdirir. Bunun nəticəsində yüksək sürət və keyfiyyət əldə edilməklə bərabər, eyni zamanda mobil avadanlıqların akkumulyatorlarının enerjisinə qənaət etmək imkanı da yaranır.
Məlumat almaq üçün
Qoşulma Tarifləri, Avadanlığın qiyməti,
Cari kampaniyalar
 
Texniki suallarla əlaqədar:
support@elcell.az
2005-2011© Copyright by Datacell CJSC Karyera        Əlaqə       Dillerlər       Missiya       İnvestorlara