|

Kyocera Şirkəti 1959-cu ildə Yaponiyanın Kioto şəhərində təsis olunmuş və yüksək keyfiyyətli keramik məhsulların istehsalı üzrə ixtisaslaşmışdır.
Yarandığı zamandan bəri Kyocera Korporasiyası çoxmilli, dövriyyəsi milyard dollarlarla sayılan və nail olunanlarla kifayətlənməyən bir şirkətə çevrilmişdir. Hal-hazırda Kyocera Şirkətinin 27 ölkədə 55.000-dən artıq işçisi vardır.
Bu gün Kyocera Yaponiyanın Sony, Toshiba, Canon, Honda kimi 50 aparıcı və dünyanın 200 ən qabaqcıl şirkətləri arasındadır.
Hal-hazırda Kyocera Korporasiyası keramikadan hazırlanan yüksək texnologiyalı məhsulların, elektron komponentlərin, günəş batareyalarının, mobil telefonların, baza stansiyalarının və elektron ofis avadanlıqlarının istehsalında dünyanın aparıcı şirkətlərdəndir.

”ArrayComm” şirkəti 1992-ci ildə təsis edilmişdir. Bu şirkətin yaradılmasında məqsəd onun simsiz spektral effektivlik sahəsindəki böyük texnoloji nailiyyətindən kommersiya məqsədləri üçün istifadə etmək olmuşdur. Sözügedən infrastrukturun əsas provayderləri ilə birlikdə uzun illər boyu aparılmış tədqiqat işlərindən sonra IntelliCell ® texnologiyası həm stasionar, həm də səyyar simsiz kommersiya şəbəkələrində müvəffəqiyyətlə tətbiq olunmağa başlamışdır. Hazırda IntelliCell texnologiyası əsasında təkmilləşdirilmiş on minlərlə baza stansiyası Yaponiya, Çin, BƏM, Malayziya və Filippin adalarında milyonlarla istehlakçıya xidmət göstərir.
Bu, “ArrayComm” şirkətinin son bir neçə yeniliklərinin əsasını təşkil edir. iBURST™ internet şəbəkəsinə sürətli qoşulma üçün, sözün əsl mənasında daşına bilən, qiyməti sərfəli sayılan və istənilən yerdə istifadə oluna biləcək ilk belə bir həll variantıdır.
”ArrayComm” şirkətində iki fərdi işçi qrup fəaliyyət göstərir; “IntelliCell Products Group” - ön vəzifəsi simsiz (rabitə) sistemləri üçün təkmilləşdirilmiş “intellektual” antena texnologiyasını ixtira etmək, təkmilləşdirmək və lisenziyalaşdırmaqdır. “IntelliCell” simsiz rabitə operatorlarının potensial abonentlərinin sayını, əhatə zonasını və gördükləri işin keyfiyyətini nəzərəçarpacaq dərəcədə artırmaqla 21-ci əsrin tələblərinə cavab verir.
“Internet Products Group”- öz üzərinə düşən vəzifə - qlobal partnyorlarla sıx əməkdaşlıq etməklə iBURST sisteminin kütləvi tətbiqini reallaşdırmaqdır. iBURST sistemi daimi rabitəni, sərbəst yerdəyişmə imkanını və həm səsin, həm də məlumatların hər hansı mövcud, yaxud təklif olunan simsiz (rabitə) sistemlərindən daha ucuz qiymətə (genişzolaq tezlikdə) ötürülməsini təmin edən açıq platforma sayəsində “yeni istehlakçı və işgüzar həyat tərzini” mümkün edir.
”Intelektual” IntelliCell antenasının adaptiv texnologiyası
“ArrayComm” şirkətinin IntelliCell® texnologiyası son otuz ildə radio texnologiyası sahəsində baş vermiş ilk böyük təkamüldür. IntelliCell texnologiyası bütün hava standartları şəbəkələrində əhatə zonasını, əhatə həcmini və həm səsin, həm də məlumatların ötürülməsinin keyfiyyətini xeyli artırır. Bu, faydalı siqnalların gücləndirilməsi, interferensiyanın (radiofonların qarşılıqlı mane törətməsinin) zəiflədilməsi və tezlik diapazonuna olan tәlәbatın azaldılması sayəsində mümkün olmuşdur.
Radioəlaqədən istifadə edən hər bir abonent ilə əlaqə kanalını fasiləsiz və real vaxt rejimində optimallaşdırmaq üçün IntelliCell texnologiyası patentləşdirilmiş proqram təminatından və standart antenalardan istifadə edir. IntelliCell texnologiyası həmçinin tam adaptiv “intellektual” antenanın realizasiyası kimi də tanınır və hər bir istifadəçi ilə virtual simsiz əlaqə yaradır.
GSM, CDMA və ya 3G standartları kimi ənənəvi simsiz (rabitə) sistemlərində şəbəkənin əksər həcmi və siqnalın keyfiyyəti (radiodalğaları bütün istiqamətlərdə paylamaq üçün faydasız enerji sərf etdiyinə görə) itir. Bunu nəzərə alaraq, IntelliCell texnologiyası sayəsində həmin təkmilləşdirilmiş sistemlər eyni dəqiqliklə bunun əksini edir. IntelliCell texnologiyası enerjini bilavasitə istifadəçilərin hər birinə göndərir və digər istifadəçilər arasında interferensiyanın qarşısını mümkün qədər alır. Faktiki olaraq, IntelliCell texnologiyası bir tezlik diapazonundan dəfələrlə istifadə etməklə həm səsin, həm Bu isə operatorların nisbətən az sayda baza stansiyalarından istifadə etmələrinə, tezlik diapazonundan daha səmərəli şəkildə faydalanmalarına və gəlirin qat-qat artmasına şərait yaradır. Son istifadəçilər üçün isə bu daha az sayda sorğu itkisi, məlumatların daha sürətlə ötürülməsi və onlara göstərilən xidmətin daha yüksək keyfiyyətlə təmin olunması deməkdir.
IntelliCell siqnalın yaxşılaşdırılmış texnoloji işlənməsi üzrə bir proqram təminatıdır və imkan verir ki, baza stansiyası həddən ziyadə yüklənmiş, səs-küylü siqnal mühitində çox sayda abonent ilə fərdi rabitə əlaqəsini aşkar edərək lazım olan xidməti göstərsin. IntelliCell texnologiyası enerjini adi sistemlər kimi daha geniş sahələrə deyil, konkret olaraq istifadəçilərə yönəltməklə öz qeyri-adi effektivliyinә nail olur. IntelliCell texnologiyasının baza stansiyalarına inteqrasiyası qonşu kanalların yaxınlıqdakı sotlardan (yaddaş özəklərindən) törətdiyi radiofonları azaldır və hətta sot daxilində bu kanallardan dәfәlәrlә istifadə etməyə imkan yaradır. Nəticədə isə həcm, əhatə dairəsi və siqnalın keyfiyyəti müstəsna şəkildə yaxşılaşır və bu, istehlakçıya az məsrəf müqabilində daha yaxşı xidmət göstərilməsinə, eyni zamanda da şəbəkə operatorlarının ümumi gəlirlərinin artmasına gətirib çıxarır.
Şirkətin tarixçəsi
”ArrayComm” şirkəti 1992-ci ildə təsis edilmişdir. Bu şirkətin yaradılmasında məqsəd onun simsiz spektral effektivlik sahəsindəki böyük texnoloji nailiyyətindən kommersiya məqsədləri üçün istifadə etmək olmuşdur. Sözügedən infrastrukturun əsas provayderləri ilə birlikdə uzun illər boyu aparılmış tədqiqat işlərindən sonra IntelliCell ® texnologiyası həm stasionar, həm də səyyar simsiz kommersiya şəbəkələrində müvəffəqiyyətlə tətbiq olunmağa başlamışdır. Hazırda IntelliCell texnologiyası əsasında təkmilləşdirilmiş on minlərlə baza stansiyası Yaponiya, Çin, BƏM, Malayziya və Filippin adalarında milyonlarla istehlakçıya xidmət göstərir.
“ArrayComm” şirkəti ilk portativ mobil telefonun ixtiraçısı, əvvəllər “Motorola” şirkətində çalışmış Martin Kuperin (Martin Cooper) rəhbərliyi altında təcrübəli rəhbər kollektivə və yüksək ixtisaslı işçi, alim və mühəndislərdən ibarət bir qrupa malikdir.
Çox sayda patentə sahib olan şirkətin kollektivi siqnalın rəqəmsal işlənməsi, geniş optimallaşdırma metodları, simsiz sistemlərin konstruksiyası və onların tətbiqi sahəsindəki nadir bilikləri ilə qürur duyur.
Bu yaxınlarda "Inc. Magazine" jurnalı ən sürətli addımlar ilə inkişaf edən 500 şirkət arasında, ”ArrayComm” şirkətinin də adını çəkmişdir. "Wireless Week Magazine" jurnalı isə onu 25 şirkət arasında öndə gedən, yeni minillikdə öz fəaliyyəti ilə diqqətə layiq olan liderlərdən biri kimi qələmə vermişdir.
|