Əsas
 
Kommunikasiya sistemlərində təhlükəsizliyin təmin edilməsi dedikdə mübadilə edilən məlumatların toxunulmazlığı və təhlükəyə məruz qalmaması nəzərdə tutulur. Təhlükəsiz simsiz sistemlər resursların toxunulmazlığını, habelə yüksək keçiriciliyi təmin edir.
Mahiyyət etibarı ilə iBurst məxfi hava interfeysinə və istifadəçinin identifikasiyası (tanınması) sisteminə malik olan təhlükəsizlik infrastrukturudur. iBurst həmçinin şəbəkə, nəqliyyat və tətbiqi səviyyələrdə IP-yönlü təhlükəsizliyi təmin edir. iBurst həmçinin mərkəzi İP şəbəkəsi, eləcə də qatların nəqli və tətbiqi təhlükəsizliyi üçün texniki dəstəyi də təmin edir. iBurst təhlükəsizlik sistemi bütün məlum təhlükəsizlik problemlərini həll etmək və müasir simsiz sistemlərin çatışmazlıqlarını aradan qaldırmaq üçün hazırlanmışdır.

Təhlükəsiz simsiz sistemlər təsadüfi qəbuledicilərin və xakerlərin təyin olunmuş tərəflər arasındakı özəl kommunikasiyaya daxil olması ehtimalını aradan qaldırır. Simsiz sistemlər istifadəçilər ilə bağlı mәlumatların məxfiliyinə təsir edən təhlükəsizlik qüsurları üzündən geniş mənfi rəy qazanmışdır. Simsiz sistemlərdə yaxşı məlum olan təhlükəsizlik problemlərinin daha müfəssəl araşdırılması layihələndirmə məsələsinə laqeyd yanaşılması və əsas təhlükəsizlik prinsiplərinə riayət edilməməsi kimi məsələləri üzə çıxarmışdır. Zəif təhlükəsizlik quruluşuna malik olan avadanlıqların istehsalçıları ictimai narazılıq, anti-reklam və gəlir itkisi ilə üzləşməli olmuşlar.

iBurst sisteminin təhlükəsizliyi barədə əlavə məlumatları əks etdirən sənədləri buradan yükləyə bilərsiniz.
Məlumat almaq üçün
Qoşulma Tarifləri, Avadanlığın qiyməti,
Cari kampaniyalar
 
Texniki suallarla əlaqədar:
support@elcell.az
2005-2011© Copyright by Datacell CJSC Karyera        Əlaqə       Dillerlər       Missiya       İnvestorlara