|
|
elcell nədir?
elcell – Datacell LLC şirkəti tərəfindən İnternetə iBurst texnologiyaları əsasında simsiz mobil qoşulmaq üzrə göstərilən xidmətdir.
iBurst nədir?
iBurst – Amerikanın ArrayComm (www.arraycomm.com), şirkətinin sürətli simsiz rabitəni təmin edən texnologiyasıdır. Bu texnologiya IEEE802.20 MBWA (Mobile Broadband Wireless Access) standartına cavab verir.
http://standards.ieee.org/announcements/802.20approval.html
iBurst avadanlığını kim istehsal edir?
iBurst avadanlığının istehsalçısı – Yaponiyanın elektron komponentlər, günəş batareyaları, mobil telefonlar, baza stansiyaları və elektron ofis avavdanlıqları, yüksək texnoloji keramik məmulatlar istehsalı üzrə liderlərdən biri olan Kyocera Corporation (www.kyocera.com) şirkətidir.
iBurst avadanlqları standartlaşdırılmışdırmı?
2005-ci ilin sentyabr ayında iBurst texnologiyasına Amerika Milli Standartlar İnstitutu tərəfindən HC-SDMA (http://www.ansi.org as ATIS0700004-2005 High Capacity Spatial Division Multiple Access) standartı verilmişdir.
iBurst sistemi nə ilə fərqlənir?
iBurst sistemi aşağıdakı əsas xarakteristikaları ilə seçilir:
– yüksək sürət;
– tam mobillik;
– rəqabətli qiymətlər.
elcell İnternet xidməti həqiqətən də mobildirmi?
Bəli, elcell-in təqdim etdiyi İnternetin əsas üstünlüyü – onun mobil olmasıdır. Bu isə ümumdünya şəbəkəsi istifadəçilərinə servisin əhatə dairəsi hüdudlarında olan hər yerdə, hər zaman effektiv iş və ya istirahət imkanı verir.
elcell – Sizin noutbukunuzdan simsiz qoşulmanı təmin edərək elektron poçtun yoxlanılması, xəbərlər səhifələrini nəzərdən keçirməyiniz, hərəkətdə olan nəqliyyat vasitələrində, kafe və restoranlarda, park və istirahət guşələrində, dostlarınızı gözləyərkən və ya işgüzar görüşə hazırlaşarkən İnternetdə vaxtınızı keçirməyiniz üçün əlverişli şərait yaradır. İndi Sizin işlərinizi simli və ya simsiz İnternetdən istifadə etmək imkanınız olan anadək təxirə salmağınıza ehtiyac yoxdur. Sizin İnternetiniz həmişə əliniz altındadır!
Mən elcell xidmətinə necə qoşula bilərəm?
Siz, sadəcə olaraq, Xəqani küçəsi, 39 və Bəsti Bağırova küçəai, 14 ünvanlarında yerləşən Müştəri Xidməti ofislərimizə müraciət edə bilərsiniz. Əldə etmək və qoşulmaq barədə daha ətraflı məlumatı bizim www.elcell.az adlı saytımızın səhifələrində tapa bilərsiniz.
iBurst texnologiyalarını hansı qurğular dəstəkləyir?
Hal-hazırda iBurst texnologiyasını ancaq noutbuklar (mobil rabitə) və stolüstü kompüterlər üçün nəzərdə tutulmuş simsiz modemlər dəstəkləyir. Cib kompüterləri (PDA) üçün modemlərin istehsal olunması və noutbuklar üçün modemlərin adi fləş-kart ölçülərinə qədər kiçildilməsi yaxın gələcəkdə mümkün olacaqdır.
elcell xidmətinə qoşulmaq uçun telefon xətti lazımdırmı?
Xeyr, telefon xəttinə ehtiyac yoxdur. elcell İnternet xidmətindən istifadə etmək üçün Sizə yalnız iBurst simsiz modem lazımdır.
iBurst sistemini hansı əməliyyat sistemləri dəstəkləyir?
elcell şəbəkəsinin simsiz iBurst modemləri Windows 98 SE-dən başlayaraq, bütün Windows əməliyyat sistemlərində işləyir. Həmçinin, Macintosh sisteminin 10.1.5 – 10.3 variantlarını da dəstəkləyir. Stolüstü kompüterlər üçün nəzərdə tutulmuş modem isə Mas 10.4.1 və Linux-a və həmçinin, PPPoE protokolunu dəstəkləyən hər hansı digər qurğulara da (WiFi Access Point, Router) qoşula bilər.
elcell İnternetinin sürəti.
Siqnalın yaxşı qəbul edilməsi şəraitində elcell yüklənmə əməliyatını (download) maksimal 2Mbps (2122 Kbps) sürətlə, göndərmə əməliyyatını (upload) isə 692 Kbps maksimal sürətlə yerinə yetirməyə imkan yaradır. Bununla belə, Sizin hərəkət sürətiniz, modemin işlənmə şəraiti və istifadə edilən İnternet resursları trafikin sürətinə təsir edə bilər.
elcell-in normal işləməsi üçün pəncərə yaxınlığında durmaq vacibdirmi?
Xeyr, adətən pəncərənin yanında siqnalın güclü olduğuna baxmayaraq, buna ehtiyac yoxdur. elcell daha effektiv iş rejimini təmin etmək üçün hər bir istifadəçinin ətrafında bir növ fərdi "özəklər" yaradan tam uyğunlaşmış (adaptiv) smart-antenna ilə iBurst texnologiyasından istifadə edir. Bu fərdi özəklər Siz hərəkətdə olarkən digər istifadəçilərin siqnalları ilə interferensiyanı boğaraq, Sizin arxanızca hərəkət edir. Siz servisin əhatə dairəsində 100 km/saat sürətlə hərəkət edən avtomobildə belə on-line rejimdə qala bilərsiniz.
Digər istifadəçilər mənim elcell birləşməm vasitəsilə İnternetə qoşula bilərlərmi?
Siz simli (LAN) və ya 802.11 (WiFi) standartlı simsiz (WLAN) lokal (yerli) şəbəkələr vasitəsilə genişzolaqlı birləşmənin təmin edilməsi məqsədilə stolüstü kompüter üçün nəzərdə tutulmuş iBurst modemindən istifadə edə bilərsiniz. Bu cür konfiqurasiyada bir elcell birləşməsindən istifadə etməklə bir neçə kompüterin İnternetə çıxışını təmin etmək olar.
elcell servisi mənim işimin keyfiyyətini necə yaxşılaşdıra bilər?
Sistemin mobil olması Sizin ofisdə və ya obyektdə olmağınızdan asılı olmayaraq, öz imkanlarınızdan istifadə etmək üçün şərait yaradır. Hər-hansı yeniləşdirilmiş məlumatları ötürmək üçün vaxtınızı ofisə qayıtmağınıza sərf etməyə heç bir ehtiyac yoxdur. Sizin ofisiniz ilə və İnternet ilə yüksək sürətli birləşməniz Siz ofisdən kənarda olarkən məlumat və xidmətlərin sayını inanılmaz dərəcədə genişləndirir.
elcell şəbəkəsində e-mail məlumatlar necə ötürülür?
İstifadəçilər elektron məlumat mübadiləsini e-mail proqramlarında (MS Outlook və ya MS Outlook Express) SMTP serveri mail.office.az saytına sazlamaqla apara bilərlər.
|
|