|
elcell xidmətlərini ödəmək üçün aşağıdakı üsullardan birini seçmək olar:
1. On-layn ödəmə.
Ödənişləri elcell-in vebsaytında əvvəlcə “Müştərilər”, sonra isə “Mənim səhifəm” bölməsinə keçərək edə bilərsiniz.
Ödəmə prosesi AzeriCard şirkətinin prosessinq mərkəzi vasitəsilə həyata keçirilir. Ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq ödəniş sisteminin Visa və Mastercard, Mastercard Cirrus Maestro, Visa Electron kartları qəbul edilir.
2. Bankomatlar vasitəsilə.
Azericard sisteminə qoşulmuş bankomatlar vasitəsilə (Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Kövsər Bank, Muğan Bank, NBC Bank, Nikoyl Bank, Parabank, Paşa Bank, Rabitəbank, Royal Bank of Baku, Bank of Baku, Bank Respublika, Bank Silk Way, Standard Bank, Texnikabank, TuranBank, Yunayted Kredit Bank, Xalq Bank, YapiKrediBank Azərbaycan, “AtaBank”, Bank Avrasiya, “Bank of Azerbaijan”, Azərbaycan Kredit Bankı, Gəncə Bank, “AGBank”, “DekaBank”, “Günay Bank” banklarının bankomatları). “Ödəmə xidmətinə” daxil olub, faktura nömrənizi göstəriniz.
3. Universal ödəniş kartları.
Ödənişləri həmçinin elcell-in vebsaytında əvvəlcə “Müştərilər” bölməsinə, sonra isə “Mənim səhifəm” başlıqlı bölməyə daxil olub “onlayn” rejimində, nominal dəyəri 10, 25 və 50 AZN təşkil edən elcell ödəniş kartları ilə də həyata keçirmək mümkündür.
Universal ödəmə kartları elcell-in diller şəbəkəsində əldə etmək olar. Daha ətraflı məlumat üçün
4. Bank vasitəsi ilə köçürmə.
elcell-in bank rekvizitləri bütün hesab-fakturalarda göstərilir. Xahiş edirik ödənişi bank köçürməsi vasitəsi ilə həyata keçirərkən bankın nümayəndəsinə öz istifadəçi adınızı, yaxud ödəmək istədiyiniz hesab-fakturanın nömrəsini bildirəsiniz.
5. Müştəri xidməti ofisləri.
Sizi elcell xidmətinin Xəqani küç. 39 ünvanında yerləşən Müştəri xidməti ofisində görməyə həmişə şadıq. Müştərilərin rahatlığını təmin etmək üçün ödənişlər həm nağd pulla, həm də VİSA və ya MasterCard plastik ödəniş kartları ilə qəbul olunur.
|
|
|