Əsas
 
VLAN xidməti     VLAN şəbəkələrin növləri      Tarif paketləri
Kiçik və orta biznesin sürətlə inkişaf etdiyi bir vaxtda ofisdən çıxmadan məsafədən idarə olunabilən informasiyadan operativ və etibarlı şəkildə istifadə edə bilmək zəruriyyəti yaranmışdır.
Bu gün simsiz elcell internet xidməti korporativ poçtdan istifadəyə imkan yaratmaqla kifayətlənmir, o həm də korporativ məlumat bazalarına, idarəetmə və maddi-texniki təchizat sistemlərinə, şirkətdaxili informasiya qoşmalarına daxil olmaq imkanı ilə birlikdə, “mobil ofis” konsepsiyasını həqiqətə çevirmək və iş yerində, ofisdə olduğu kimi eyni səmərəliliklə audio-video əlaqə yaratmaq imkanını təmin etmək iqtidarına malikdir.

VLAN (Virtual Local Area Network - virtual yerli ərazi şəbəkəsi) xidməti əhatə dairəsi hüdudlarında bir neçə istifadəçi və ya bir neçə istifadəçi qrupları arasında virtual şəbəkə məkanı yaratmağa imkan verir.

Virtual şəbəkə məkanı həm VPN tunelləri əsasında korporativ şəbəkə yaratmaqla, həm də elcell-in səyyar MPLS bazası əsasında VRF şəklində yaradıla bilər.

Eyni zamanda, VLAN xidmətinin digər bir üstünlüyü də onun təhlükəsizliyi və işçi qruplar yaratmaq imkanını təmin etməsidir. Belə qruplarda bir yarımqrupun istifadəçiləri məlumat bankına digər bir yarımqrupun icazəsiz müdaxiləsindən müdafiə olunurlar.
Məlumat almaq üçün
Qoşulma tarifləri, Avadanlığın qiyməti,
Cari kampaniyalar
 
Texniki suallarla əlaqədar:
support@elcell.az
2005-2012© Copyright by Datacell CJSC Karyera        Əlaqə       Dillerlər       Missiya       İnvestorlara