Əsas
   
11.08.2010 [çap variantı]
elcell və Hewlett Packard (HP) Azərbaycan şirkəti yeni HP Mini 110-3050er eksklyuziv netbukun satışını elan edir.

Aksiya çərçivəsində alıcılar çox sərfəli qiymətə yeni müasir hp netbuk modelini USB simsiz elcell modemi ilə komplektdə və sürətli mobil İnternetə aylıq 1GB trafik şərti ilə 3 və ya 6 ay müddətinə pulsuz qoşulma ilə əldə edə bilərlər.

Bu netbuk modeli rahat və təhlükəsiz istifadə üçün geniş funksiyalar ilə təchiz olunub və “mobil ofis” konsepsiyası üçün ən səmərəli təklifdir. İstifadədə yüngül və sadə olan HP Mini, USB elcell modemi ilə birgə mobil istifadəçilərə olduqları məkandan asılı olmayaraq İnternetə çıxışı,  elektron poçtu və ofis proqramları ilə işləməni  təmin edir.

Bu səmərəli təklifi elcell müştəri xidməti ofislərində, World Telecom mağazalar şəbəkəsində və elcell-in diller şəbəkəsində əldə etmək olar.

01.06.2010 [çap variantı]
FIFA 2010 LogoFutbol üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar elcell xidməti internetə pulsuz qoşulma aksiyasını elan edir!
İyunun 1-dən 15-nə kimi hər elcell modemini alan müştəri yığmalardan birinə səs verib, seçdiyi komandanın çempion olduğu halda elcell-dən pulsuz modem qazanacaq.
Sevimli komandanıza elcell-lə birlikdə dəstək olun!


09.05.2010 [çap variantı]
 
5 May 2010-cu il tarixində Hyatt Regency Baku, Konfrans Mərkəzində Datacell QSC və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı nümayəndəliyi ilə birgə mətbuat konfransını keçirdilər. Tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) simsiz geniş zolaqlı internet xidməti “elcell”in inkişafına dair investisiya qoyuluşu barədə rəsmi elan olunmuşdur.

AYİB paytaxt şəhəri olan Bakıda artıq geniş zolaqlı simsiz internet xidmətləri təmin edən və hazırda, bu xidmətlərlə ölkənin regionlarına çıxmağı nəzərdə tutan Datacell SC-nin səhm kapitalına 4 milyon dollar məbləğində investisiya qoymaqla, Azərbaycanda internet xidmətlərindən istifadənin genişlənməsini dəstəkləyir.

Datacell şirkətinin yeni buraxılmış səhmlərinə AYİB-ın investisiya qoyması şirkətə, paytaxtda və ondan kənarda yeni fərdi və korporativ müştəriləri üçün xidmətlərini genişləndirmək imkanı verəcəkdir. Şirkət 2011-ci ildə Bakı və onun ətraf ərazilərini əhatə edən bütün Abşeron yarımadasında, eləcə də, ölkənin 12 əsas şəhərində simsiz internet xidmətlərini təmin etməyi planlaşdırır.

“Bu, AYİB-in Azərbaycanda telekommunikasiya sektoruna birinci investisiyasıdır və Datacell şirkətinə Azərbaycanın regionlarında internet xidmətlərinin genişləndirməsində yardım üçün bu şirkətlə birgə işləməkdən məmnunuq. Layihə bu sektorda rəqabəti artıracaq və Azərbaycanlılara informasiya xidmətlərindən daha yaxşı istifadə imkanı verəcəkdir” – deyə, AYİB-in Telekommunikasiyalar üzrə Direktoru Michelle Senecal de Fonseca bildirmişdir.

“Datacell şirkəti, əməkdaşlarına və xidmətlərinə göstərilən etimada görə AYİB-ə təşəkkürünü bildirir. AYİB-in Azərbaycanın telekommunikasiya sektoruna bu mühüm investisiyası Datacell şirkətinə öz müştərilərinin sayını artırmaq, və İnternet bazarında artıq geniş populyarlığını qazanmış elcell simsiz internet xidmətini genişləndirmək imkanını yaradacaq” deyə, Datacell şirkətinin Baş İcraçı Direktoru Ramiz Şərifov qeyd etmişdir.
 

Press konfrans barədə xüsusi televiziya reportajları:
AZTV - http://www.youtube.com/watch?v=uLR3DAuhCcE
ANS - http://www.youtube.com/watch?v=IV9IYnqcQgo
ITV - http://www.youtube.com/watch?v=DB8rXuQrYxg

26.02.2010 [çap variantı]
elcell xidməti Gəncədə kommersiya fəaliyyətinə başladığını elan edir!

HC–SDMA(iBurst) texnilogiyası ilə İnternetə  sürətli simsiz qoşulmanı təmin edən elcell xidməti,  01 mart  2010–cu il tarixdən Gəncə şəhərində kommersiya fəaliyyəti üçün şəbəkəsinin istismarına başladığını elan edir.

Şəbəkənin tənzimlənməsi və sınaqdan keçirilməsi dövrü artıq başa çatmışdır və Gəncə elcell şəbəkəsinin kommersiya fəaliyyətinə başladığı ikinci şəhər olur. Hazırda şəbəkənin əhatə dairəsinə şəhərin bütün əsas əraziləri daxildir.

Şəbəkəyə qoşulmuş abonent, şəbəkənin əhatə dairəsində İnternetə qoşulmaqla bərabər, rouminq üçün əlavə ödəniş etmədən elcell xidmətinin digər imkanlarından da istifadə edə bilər.

Gəncədə elcell xidmətinin mövcud vahid tarifləri qüvvədədir. Gəncə şəhərinin sakinləri simsiz modem almaq və ya elcell xidmətlərinin ödənişlərini etmək üçün elcell-in partnoyu olan “Turkan Telecom” şirkətinin mağazalar şəbəkəsinə müraciət edə bilərlər. Həmçinin, elcell xidmətinin ödənişlərini İnternet vasitəsilə də aparmaq olar. Ödənişləri həyata keçirmək variantları barədə daha ətraflı məlumatı www.elcell.az saytının ”Ödəniş üsulları” bölməsində almaq olar.

Hazırda Bakının şəhərətrafı ərazilərində xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər aparılır və yaxın zamanlarda daha iki şəhərdə - Xırdalan və Sumqayıtda kommersiya fəaliyyəti üçün şəbəkənin istismarına başlanması planlaşdırılır. 2010-cu il ərzində respublikanın daha 20 böyük şəhər və rayonu elcell-in sürətli simsiz İnternet xidməti ilə təmin ediləcəkdir.

29.12.2009 [çap variantı]
Yeni İlin gəlməsi münasibəti ilə elcell növbəti dəfə mobil İnternet xidmətinə avadanlıqların və tarif paketlərinin qiymət endirimlərini elan edir. İndi genişzolaqlı mobil İnternet hamı üçün sərfəli oldu!

Elan edilmiş Yeni İl satışları çərçivəsində, yalnız 59 AZN-a noutbuklar üçün simsiz (ExpressCard) modemini və cəmi 99 AZN-a universal USB modemini əldə etmək mümkündür!

Həmçinin, artıq xidmətlərin avans ödənişində elcell müəyyən endirimlər sistemini təklif edir, həmin sistemlə Siz burada tanış ola bilərsiniz.

Müəyyən edilmiş 33 AZN məbləğində 5G  paketinin qiyməti aparıcı Avropa genişzolaqlı mobil İnternet xidmətlərinin bu paketə olan orta qiymətlərindən artıq deyil və Azərbaycan bazarında ən sərfəli təklifdir.

Avadanlıqların və tarif paketlərinin qiymətləri ilə daha ətraflı burada tanış ola bilərsiniz

17.08.2009 [çap variantı]
Bu yay simsiz İnternet xidməti elcell və Hewlett Packard (HP) şirkəti elcell simsiz USB modemləri ilə təchiz edilmiş HP noutbukunu sərfəli qiymətlə satışı ilə bağlı birgə marketinq kampaniyasının keçirilməsini bəyan edirlər.

Bu kampaniya çərçivəsində HP noutbuklarının ən tanınmış HP ProBook 4515S modelinin alıcılarına simsiz USB elcell modemi və 1 il ərzində aylıq 300 Mb pulsuz trafik ilə mobil İnternetə sürətli çıxış imkanı hədiyyə edilir.

Kampaniya Azərbaycanda “mobil ofis” konsepsiyasının inkişafına, elcell simsiz texnologiyasının və HP noutbuklarının geniş istifadəsinə istiqamətlənmişdir.

elcell xidməti hp noutbuklarının istifadəçilərinə harada olduqlarından asılı olmayaraq evdə, dostlarla təbiətdə dincələrkən və ya işgüzar görüş zamanı dərhal İnternetə qoşulmanı, istifadəni və bütün İP rabitə vasitələrindən istifadəyə imkan yaradır.

Kampaniya ilin axırına kimi davam edəcək və bu müddət ərzində HP noutbuklarının simsiz elcell modemi ilə təchiz olunmuş bu xüsusi təklifinin 10 000 istifadəçiyə təqdim olunması nəzərdə tutulub.

Bu təklif paketinin əldə edilməsi üçün HP-nin Azərbaycanda partnyoru olan AZEL şirkətinin mağazalar şəbəkəsinə müraciət etmək olar

01.05.2009 [çap variantı]
Yay mövsümü ərəfəsində, simsiz İnternetdən istifadəni daha asan və səmərəli etmək məqsədilə 1 may 2009-cu il tarixdən başlayaraq elcell xidməti, avadanlıqların və tarif paketlərinin qiymət endirimlərini elan edir.

Artıq ən keyfiyyətli (populyar) simsiz modemləri cəmi 159 manata əldə etməklə, İnternetə endirimli və yeniləşdirilmiş tarif paketləri vasitəsilə qoşulmaq olar və həmçinin, Siz istifadə etdiyiniz  fərdi İnternet profilinizə uyğun optimal tarif seçməklə daha 30% vəsaitinizə qənaət edə bilərsiniz.

Qeyd etmək lazımdır ki, hazırda elcell şəbəkəsinin modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirir və bu tədbirlər bağ mövsümü ərəfəsində Abşeron yarımadasının bağ evləri sakinlərini keyfiyyətli xidmətlə təmin etməyə imkan yaradacaqdır. Cari ilin sonuna qədər bu xidmətin Azərbaycanın daha 10 şəhərində tətbiq edilməsi planlaşdırılır.


17.03.2009 [çap variantı]
elcell abunəçiləri onlayn İnternet ödənişləri sistemindən istifadə edə biləcəklər

17 mart 2009-cu il tarixində elcell İnternet xidməti AzəriCard şirkəti ilə müştərək on-line  rejimində xidmətlərin ödənişinin mümkünlüyünü bəyan etdilər.

İnternet xidmətlərinin ödəmə prosesi sürətli və rahat olmaqla elcell abunəçilərinin vaxtlarına qənaət imkanı yaratmışdır. Ödənişlər İnternet vasitəsilə növbəsiz və komission xərcləri olmadan, 24 saat ərzində, istənilən kompyüterdən və istənilən yerdən həyata keçirilə bilər!

Ödəmə prosesi AzeriCard şirkətinin prosessinq mərkəzi vasitəsilə həyata keçirilir. Ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq ödəniş sisteminin Visa və Mastercard, Mastercard Cirrus Maestro, Visa Electron kartları qəbul edilir. İnternetdə ödəniş kartlarının təhlükəsizliyinə beynəlxalq standartlara üyğun zəmanət verilir və 3D secure ümumdünya standartlarının tələblərinə cavab verir.

Bununla da, İnternet ödənişləri sisteminin inkişafının hərəkətvericiləri olan AzəriCard şirkəti və elcell İnternet xidməti Azərbaycanda elektron kommersiya imkanlarının təminatçıları kimi böyük addımlar atmışdır.

30.12.2008 [çap variantı]
elcell abonentləri xidmət haqqını Azərbaycan Beynəlxalq Bankının bankomatlarında ödəyə biləcəklər

elcell mobil internet xidmətinin istifadəçiləri 1 yanvar 2009-cu il tarixindən etibarən balanslarının artırılmasını və xidmət haqqının ödənilməsini Azərbaycan Beynəlxalq Bankının bankomatları vasitəsi ilə həyata keçirə bilərlər. Bu xidmət bankomatlar vasitəsilə reallaşdırılan xidmətlər spektrinin genişləndirilməsi proqramı çərçivəsində “AzəriKart” şirkəti ilə birgə həyata keçirilmişdir.

Ödənişlərin bankomatlar vasitəsilə edilməsinin əsas üstünlükləri ondan ibarətdir ki, bankomatlardan həftənin bütün günlərində, sutkanın istənilən saatlarında istifadə etmək mümkündür. Abonent bankomat kartından istifadə edərək cəmi bir neçə dəqiqə ərzində öz internet hesabına pul vəsaiti köçürə bilər. Bu xidmətə görə abonentin bank hesabından heç bir əlavə vəsait tutulmayacaqdır.

Təqdim olunan xidmətlərə görə ödəniş əməliyyatlarının həyata keçirilməsi üçün heç bir xüsusi bilik və ya təcrübə tələb olunmur. Ödəniş əməliyyatını sadəcə olaraq bankomatın adi menyusuna daxil olmaqla həyata keçirmək mümkündür. Bundan əlavə, abonentlərə göstərilən xidmətlərin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə elcell yaxın gələcəkdə xidmət haqlarının ödənilməsini İnternet-ödəmə sistemini tətbiq etməklə həyata keçirməyi planlaşdırır. 

23.10.2008 [çap variantı]
elcell  şəbəkənin tutumunu genişləndirir

Simsiz İnternet şəbəkəsinin inkişaf etdirilməsi və bu sahədə sayı daim artan müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində, məlumatları ötürən şəbəkənin tutumunun genişləndirilməsi üçün elcell internet xidməti mütəmadi olaraq məqsədyönlü işlər aparır.
Bu məqsədlə cari ilin payız mövsümündə Bakı şəhərinin mərkəzi hissəsində ümumi ötürücülük qabiliyyəti saniyədə 400 Mbit/san-dən böyük olan müxtəlif tipli bir neçə yeni baza quraşdırılmışdır.

Yeni kommunikasiya qovşaqları ilk növbədə şəhərin mobil İnternetə tələbatın böyük olduğu  gediş-gəlişli əsas küçələrində, yeni yaşayış massivlərində yerləşdirilir və nəzərdə tutulur ki, bu yerlərin sakinləri üçün simsiz elcell xidməti İnternetə çıxışı təmin edən ən əlverişli vasitədir.

Bütün yeni baza stansiyaları vahid optik-lifli şəbəkə şəklində birləşdirilmişdir. Şirkətin üç illik kommersiya fəaliyyəti dövründə artıq formalaşmış peşəkar mütəxəssislər komandası 24 saat ərzində etibarlı xidməti və zəruri texniki dəstəyi təmin edir.

elcell tərəfindən şəbəkənin inkişafına qoyulan sərmayələrin ümumi həcmi 2008-ci ildə 3 milyon dollara çatmışdır. Respublikanın digər bölgələrində elcell-in inkişafı və əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin gələcəkdə də davam etdiriləcəyini nəzərə alaraq, 2009-cu il üçün planlaşdırılan sərmayələrin həcmi 7 milyon dollardan artıq olacaqdır.
 

16.10.2008 [çap variantı]
Cənubi Afrika Respublikasında iBurst operatoru kimi fəaliyyət göstərən WBA şirkəti hər il keçirilən “World Communication Awards 2008” beynəlxalq mükafatının “İnkişaf edən ölkənin ən yaxşı operatoru” (“Best Operator in a Developing Country”) kateqoriyasında digər namizədlər ilə birgə təqdim olunmuşdur.

Gələcək sənaye inkişafına yardım göstərəcək yeniliklər, yeni xidmət növləri və nailiyyətlər üçün cavabdeh şirkətlər və ayrı-ayrı şəxslər hər il təşkil olunan “World Communication Awards” mükafatına layiq görülür.

“İnkişaf edən ölkənin ən yaxşı operatoru” kateqoriyası üzrə nominasiya olmuş WBA xidmətin iBurst - İnternetə unikal genişzolaqlı mobil qoşulma  texnologiyasına əsaslanan servisi bu kateqoriyada qlobal telekommunikasiya sahəsində mövcud olan ən qabaqcıl  xidmət kimi təqdim edilmişdir.

WBA ilə bərabər, nominantlar siyahısına Turkcell - “Ən Yaxşı Ticarət Markası (Best Brand)”, Orange - “Ən Yaxşı Mobil Operator (Best Mobile Operator)”, 3UK - “Ən Yaxşı Yeni Xidmət (Best New Service)”, AT&T - “Ən Yaxşı Qlobal Operator (Best Global Operator)” və digər şirkətlər daxil olmuşdur.

Təqdimat mərasimi noyabr ayın 26-da London şəhəri “Hilton” otelində keçiriləcəkdir.

09.10.2008 [çap variantı]
еlcell yeni elVideo xidmətini təqdim edir

elcell öz xidmətlər spektrini genişləndirərək, istifadəçilərinə real vaxt rejimində müntəzəm mobil videonəzarət imkanı ilə təmin edən yeni elVideo xidmətini təqdim edir.

Təqdim olunan yeni elVideo mobil videonəzarət xidməti real vaxtda mükəmməl və keyfiyyətli rəngli video görüntüləri elcell-in simsiz şəbəkəsi vasitəsi ilə ötürməklə, həmin görüntülərin kompressiyasını təmin edən ən son videokompressiya texnologiyaları üzərində qurulmuşdur. 

elVideo xidməti istənilən yerdə abonentlərə öz şəxsi biznesini və evini müntəzəm videonəzarət altında saxlamağa, habelə, yaşayış obyektləri, mağazalar, tikilməkdə olan obyektlər və nəqliyyat vasitələrini mərkəzləşdirilmiş və səmərəli şəkildə idarə olunmasına imkan yaradan həll variantlarını təqdim edir. Eyni zamanda, bu xidmət internet vasitəsi ilə canlı videoyayımı və PDA tipli cib kompüterlərindən istifadə etməklə video monitorinqin aparılmasını mümkün edir.

Ən yeni videokompressiya texnologiyalarına əsaslanan videonəzarət avadanlıqlarını elcell-in simsiz modemləri ilə bir dəstdə elcell-in internet səhifəsindəki elVideo bölməsinə daxil olmaqla sifariş edə bilərsiniz.


22.09.2008 [çap variantı]
elcell öz vebsaytını yeniləmişdir

Sentyabr ayının 18-dən etibarən elcell xidmətinin yenilənmiş vebsaytı fəaliyyət göstərməyə başlamışdır. Saytın interfeysi təkmilləşdirilmiş, qrafika dizaynı isə şirkətin yeni, konseptual imicinə uyğunlaşdırılaraq tam dəyişdirilmişdir. 

Saytın yeni görünüşü korporativ rəngləri daha müasir üslubda və rahat vizual qavrayışı təmin edəcək bir tərzdə hazırlanmışdır. Saytın tərtibatında şirkətin yenilənmiş loqotipindən və “Sərbəst ol” (“Be free”) yeni şüarından istifadə olunmuşdur ki, bu da istәnilәn zaman, istənilən yerdə internetə qoşularaq sərbəst ünsiyyət qurmaq üçün elcell xidmətini bir vasitə kimi təqdim edir. 

Saytda naviqasiya asanlaşdırılmış və yeni bölmələr açılmışdır. Tariflər, avadanlıqlar, müştəri xidməti ofisləri və satış nöqtələrinin yeri barədə daha ətraflı məlumat yerləşdirilmişdir.   

Yeni vebsayt ActionScript, Flash və Ajax texnologiyalarından istifadə edən daha müasir aparat-proqram təminatlı platformaya malikdir. Gələcəkdə saytı mütəmadi qaydada inkişaf etdirərək təkmilləşdirmək, yerləşdirilən məlumatları isə müntəzəm olaraq yeniləmək planlaşdırılır. 


10.09.2008 [çap variantı]
elcell xidmətindən artıq Sәbail rayonunda da istifadə etmək mümkün olacaq

Əhatə zonasını genişləndirmək və elcell xidmətinin dayanmadan artan abonentləri üçün internetə simsiz genişzolaqlı qoşulmanı təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhər Səbail rayonunun Bibiheybət qəsəbəsi və Bayıl qəsəbəsinin 20-ci sahəsi də təmin olunan keyfiyyətli xidmətin əhatə dairəsinə daxil edilmişdir.

08.09.2008 [çap variantı]
Keçirilən rebrendinq kampaniyası çərçivəsində elcell istifadəçilərə 10, 25 və 50 AZN nominalında yeni dizaynda tərtib olunmuş universal ödəmə kartlarını təqdim edir.

Kartların dizaynı korporativ rənglərin istifadəsi ilə və şirkətin yeni konseptual stilinə əsasən tərtib olunub.

elcell universal ödəmə kartlarının istehsalında (hazırlanmasında) plastik kartlarda məlumatın müdafiəsi və ən yeni çap texnologiyaları işlənilib.

Yeni ödəmə kartları 2008-ci il 10 sentyabr tarixindən satışa buraxılacaq, köhnə dizaynlı kartlar isə yeni kartlarla tam əvəz olunanadək dövriyyədə qalacaq.


12.08.2008 [çap variantı]
elcell simsiz avadanlığın yeni növünü təqdim edir.

elcell
xidməti yeni simsiz stolüstü modemi təqdim edir. Modemin məlumat ötürmə sürəti saniyədə 2 Meqabitdən (2 Mbps) artıqdır, bu isə əvvəl təqdim olunmuş elcell simsiz modemlərinin sürətindən 2 dəfə çoxdur.

Müasir İnternet bazarının tələblərinə cavab verən bu modem yüksək keyfiyyətli məhsuldur, istifadəçilərin saniyədə 2 Meqabitə qədər sürət tələbatını ödəyir, multisessiya və QoS funksiyası imkanlarına malikdir.

Yeni modem 2008-ci ilin avqust ayının ortalarında satışa çıxarılacaqdır.

03.07.2008 [çap variantı]
elcell əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə aparılmış tədbirlər nəticəsində Badamdar qəsəbəsi yüksək keyfiyyətli xidmət zonasına daxil edilmişdir.

Həmçinin, yaxın zamanda Bayıl qəsəbəsinin sakinləri yüksək keyfiyyətli simsiz İnternet xidmətindən istifadə edə biləcəklər.

28.05.2008 [çap variantı]
elcell bütün azərbaycanlıları Respublika Günü münasibəti ilə təbrik edir və bayram ərəfəsində şəhərin mərkəzi hissəsində, Xaqani küç, 39 ünvanında yerləşən müştəri xidmətləri ofisinin interyerinin təzələnməsi üzrə işlərin başa çatdığını elan edir.

Səmimi işgüzar mühit yaradan komfortlu ofis şirkətin konseptual stili əsasında təqdim edilmişdir.

Ofisin hər bir müştərisi maksimal rahat şəraitdə elcell xidmətinin istifadəsi barədə mütəxəssis məsləhətləri ala bilər.

03.03.2008 [çap variantı]
elcell xidməti istifadə kreditinə limitin qoyulması sistemini tətbiq etmişdir. Limitin məbləği tarif paketi ilə müəyyənləşir və istifadəçinin arzusu ilə dəyişdirilə bilər. Əlavə məlumat üçün elcell Müştəri Xidmətlərinə 012 598 20 20 nömrəli telefona müraciət edə bilərsiniz.

01.03.2008 [çap variantı]
İstifadəçilərin çoxsaylı müraciətləri ilə bağlı olaraq, 1 mart 2008-ci il tarixindən elcell 3 yeni qarışıq tarif paketini təqdim etmişdir. Yeni tarif paketləri ilə burada tanış ola bilərsiniz.

30.12.2007 [çap variantı]
elcell - "UĞUR-2007" milli mükafatını almış ilin şirkətidir

UĞUR Milli mükafatının növbəti təqdimatında elcell simsiz İnternet xidməti ilin şirkəti elan edilmişdir

"UĞUR-2007" mükafatının nəticələrinə əsasən, Datacell MMC-ə məxsus elcell xidməti "İnternet xidməti və İnformasiya texnologiyaları sahəsində İnnovasiyalar" nominasiyası üzrə ilin şirkəti elan edilmişdir.

Qısa müddət ərzində elcell ölkənin İnternet xidmətləri bazarında layiqli yerini tutmuş və hazırda İnternetə qoşulmaq üçün yüksək sürətli və tamamilə mobil vasitə kimi geniş istifadə olunur.

Xidmət ən müasir HC-SDMA iBurst (High Capacity Spatial Division Multiple Access, IEEE 802.20) simsiz məlumat ötürmə texnologiyasına əsaslanır.

Fəxrlə qeyd etmək olar ki, bizim ölkə iBurst texnologiyasını tətbiq edildiyi ilk üç dünya ölkəsindən biridir. Bununla da, Azərbaycan geniş zolaqlı mobil İnternet xidmətləri göstərilən ölkələrin siyahısında daxil olmuşdur.

Bu gün inkişafın yeni mərhələsində olan elcell, təklif etdiyi xidmətin keyfiyyətini və əhatə dairəsinin sürətlə və dinamik şəkildə artırmağa hazırdır.

UĞUR mükafatı haqqında Hər il təqdim edilən "UĞUR" milli mükafatı – Azərbaycanın biznes cəmiyyəti üçün unikal hadisədir. Bu mükafat Azərbaycanda iqtisadiyyat və biznesin inkişafına əhəmiyyətli tövhə vermiş şirkətlərə və təşkilatlara təqdim edilir. Onun əsas məqsədi özündə yüksək gəlirlik, bazarda sabit mövqeyə yiyələnmə və intensiv inkişaf kimi cəhətləri cəmləşdirən şirkətlərin nailiyyətlərini qiymətləndirməkdir. UĞUR milli mükafatı 2000-ci ildə “Consulting&Business” jurnalı tərəfindən təsis edilmişdir.

30.10.2007 [çap variantı]
elcell simsiz avadanlığın yeni növünü təqdim edir.

elcell xidməti yeni simsiz modemin satışını elan etmişdir. "PCI-E modem" kimi tanınan bu avadanlıq ExpressCard kompüter genişlənmə kartın formatını dəstəkləyən bütün müasir noutbuk modellərində istifadə oluna bilər.

Yeni modem noyabr ayının ortasında satışa çıxarılacaqdır. Modemin gözlənilən bazar qiyməti təxminən 200 manatdır. Modem Windows Vista, Windows XP, Windows 2000, Mac OS 10.3 və daha müasir versiyaları, habelə Linux əməliyyat sistemləri ilə uyğunlaşdırılmışdır.

Kyocera Korporasiyası ilə razılığa gələrək PCİ Express simsiz modemlərinin istehsal olunmasına dair dünya üzrə ilk sifarişi şirkətimiz etmişdir. Müasir tipli noutbukların sahibləri bu simsiz modemlər vasitəsi ilə elcell xidmətindən daha rahat istifadə edəcəklər.

elcell xidməti İnternet şəbəkəsinə sürətli və simsiz qoşulmanı təmin edərək istifadəçilərə rahat mühitdə effektiv iş üçün şərait yaradır. elcell sayəsində "Mobil Ofis" şəraitində işləyən biznes təmsilçiləri və peşəkarlar iş yerlərindən uzaq məsafədə olarkən məlumat almaq üçün sürətli və etibarlı vasitə əldə etmişlər.

Sifariş et

08.10.2007 [çap variantı]
elcell xidməti universal İnternet kartlarını təqdim edir

Yeni elcell ödəniş kartları – nominal qiyməti 10, 25 və 50 AZN olan plastik kartlardır ki, bunların vasitəsilə elcell xidmətləri üçün ödəniş etmək mümkün olacaq. Kart aktivləşdirildikdə, onun nominal qiymətinə ekvivalent pul məbləği istifadəçinin balansına əlavə edilir.


"Biz abunəçilərimizə qayğı ilə yanaşaraq, onların elcell xidmətlərindən daha rahat istifadə etməsi üçün əlimizdən gələni edirik. Universal ödəniş kartlarının tətbiqi abunəçilərə, olduğu məkandan və saatdan asılı olmayaraq öz balansına nəzarət etmək imkanı verəcək. Bu həm rahatdır, həm də vaxta qənaət edir" — elcell xidmətinin satış üzrə direktoru cənab M.Əliyev bəyan etdi.
Universal İnternet kartlarını elcell diler şəbəkəsindən əldə etmək olar. Hazırda bu şəbəkəyə Bakının demək olar ki, bütün rayonlarında mövcud olan 30-dan çox satış nöqtəsi daxildir. Həmçinin, kartları Azpetrol və ABU yanacaqdoldurma məntəqələrindən əldə etmək olar.
Universal kartların istifadəsi ilə bağlı suallarla və kömək üçün 5982020 çoxkanallı telefon nömrəsini yığaraq hər gün 24 saat ərzində fəaliyyət göstərən dəstək xidmətinə müraciət etmək olar.

25.09.2007 [çap variantı]
25 sentyabr 2007 il tarixindən etibarən elcell xidməti İnternet tarif paketlərini dəyişdirmişdir. Nəticədə paketlər üçün nəzərdə tutulan trafik həcmi artmış və ya paketin aylıq abunə haqqı azalmışdır. Yeni tariflər haqqında daha ətraflı burada.

01.09.2007 [çap variantı]
Hewlett Packard (НР) şirkəti simsiz elcell modemləri ilə komplektləşdirilmiş notbukların satışı ilə əlaqədar marketinq kampaniyasının başladığını elan etdi. Daha ətraflı...

08.08.2007 [çap variantı]

Qabaqcıl gənclərə - qabaqcıl texnologiyalar!

elcell xidməti 2007-ci ildə ali məktəblərə qəbul olmuş bütün abituriyentləri təbrik edir "Abituriyent 2007: hər 1 bal = 1 Mb" adlı xüsusi aksiya keçirir.
350-dən çox bal toplamış tələbələrə İnternetə saniyədə 1 Mbit sürətlə pulsuz qoşulmaq və ondan 6 ay müddətində istifadə imkanı verilir. Tələbələrə topladıqları hər 1 bala görə ayda 1 MB pulsuz İnternet trafiki verilir.
Bu aksiyaya qoşulmaq üçün xüsusi formanı doldurmaq və ya əlaqə 5982020 nömrəli telefona zəng etmək kifayətdir.
Aksiya 30 sentyabr 2007-ci il tarixinə qədər davam edir.

29.06.2007 [çap variantı]

elcell diler şəbəkəsini inkişaf etdirir

elcell İnternet xidmətinin uğurlu inkişafı bir çox amillərlə izah olunur, bunlardan ən əsası – vaxtın və sərbəstliyin qədrini bilən, keyfiyyətli xidmətə üstünlük verən, olduğu yerdən asılı olmayaraq, hətta hərəkətdə olarkən rahat və keyfiyyətli, yüksək sürətli İnternet birləşməsinə əlverişli qiymətə malik olmaq istəyən istifadəçilər arasında elcell-in böyük populyarlığıdır.

Hal hazırda, xidmətin keyfiyyətini artırmaqla və əhatə dairəsini genişləndirməklə yanaşı, elcell diler şəbəkəsinin inkişafına dair işlər aparır.

Bu gün şəhərin kompüter texnikası üzrə ixtisaslaşan demək olar ki, bütün mağazalarında elcell xidmətinə qoşulmaq mümkündür. Diler şəbəkəsi mağazalarında simsiz modem alarkən, müştəri 100 Mb İnternet trafik hədiyyə alaraq, dərhal saniyədə 1 meqabit sürətlə İnternetə qoşulur və bir ay ərzində xidmətin keyfiyyətini qiymətləndirmək imkanını əldə edir.

Yaxın gələcəkdə elcell qabaqcadan ödəmə sistemini tətbiq edəcəkdir. Dilerlər şəbəkəsinin mağazalarından alınan 10 AZN, 25 AZN və 50 AZN dəyərində olan qabaqcadan ödəmə kartları elcell abonentlərinə günün istənilən vaxtında öz balansını rahat şəkildə artırmaq imkanı verəcəkdir.

18.05.2007 [çap variantı]
Yay mövsümü ərəfəsində elcell internet xidməti Comp US şirkəti ilə birlikdə öz alıcılarına Toshiba, Sony, Dell və ya Acer noutbuklarını rəqabətli qiymətə aldıqda noutbuk üçün sürətli İnternet birləşmə yaradan simsiz modemi və 500 Meqabayt İnternet trafiki hədiyyə olaraq əldə etmək imkanı verir. Qiymətlər və spesifikasiyalar.

28.04.2007 [çap variantı]
elcell abunəçiləri beynəlxalq iBurst şəbəkəsinə qoşulmaq imkanı əldə edəcəklər

2007-ci ilin 12 - 13 aprel tarixlərində Malayziyanın Kuala-Lumpur şəhərində beynəlxalq iBurst texnologiyası forumu keçirilmişdir.
Azərbaycanı Forumda elcell layihəsinin rəhbərliyi təmsil etmişdir. elcell simsiz İnternet xidməti respublikamızda iBurst texnologiyası əsasında 2005-ci ilin dekabr ayında qurulmuşdur. O zaman Azərbaycan dünyada həmin texnologiya əsasında şəbəkə qurmuş üçüncü dövlət idi. Keçən qısa müddət ərzində iBurst texnologiyası müvəffəqiyyətlə inkişaf etmiş və hazırda dünyanın 13 ölkəsində iBurst şəbəkələrinin kommersiya fəaliyyəti başlamışdır, daha 15 ölkədə, o cümlədən ABŞ, Rusiyada və Avropanın aparıcı dövlətlərində onun tətbiqi üçün hazırlıq işləri görülür.

Forumda bu texnologiyanın uğurla tətbiq olunduğu və sürətlə inkişaf etməsi, indiki mərhələdə iBurst şəbəkələrinin genişləndirilməsinin zəruriliyi xüsusi qeyd olunmuşdur. Müzakirələrin nəticəsi olaraq, iBurst şəbəkələrini tətbiq etmiş ölkələr arasında beynəlxalq rouminq xidməti sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşma Memorandumu imzalanmışdır.

    Forum    
Şəkildə: iBurst texnologiyasını tətbiq etmiş ölkələrin nümayəndələri imzalama mərasimindən sonra

Memorandumun məqsədi – dünyanın müxtəlif yerlərindən iBurst istifadəçilərinə münasib tariflərlə beynəlxalq simsiz şəbəkələrə çox rahat şəkildə qoşulmaq imkanı yaratmaqdır.

Memorandumun imzalanması artıq yaxın gələcəkdə Azərbaycan, Malayziya, Kanada, Avstraliya, Hollandiya, Cənubi Afrika Respublikası və digər ölkələrdə iBurst şəbəkəsinə azad giriş sisteminin yaradılmasına imkan verəcəkdir. Beynəlxalq iBurst istifadəçilərinə təqdim ediləcək strategiyanın detal və incəlikləri iBurst assosiasiyasının (iBA) işçi qruplarının iclaslarında hazırlanacaqdır.

iBurst assosiasiyası (iBA) haqqında
2007-ci ilin 14 aprel tarixində iBurst texnologiyasından istifadə edən ölkələrin nümayəndələri və avadanlığın istehsalçıları – Yaponiyanın Kyocera Corporation və Amerikanın ArrayComm LLC şirkətləri - tərəfindən iBurst assosiasiyası (iBA) yaradılmışdır.
Assosiasiyanın iclasında iBurst-un Malayziya operatoru olan MoBif şirkətinin başçısı cənab Kevin Leonq Assosiasiyanın İdarə Komitəsinin rəhbəri seçilmişdir. Yeni yaradılmış assosiasiyanın məqsədi – geniş zolaqlı simsiz iBurst texnologiyasının qlobal standart kimi tətbiq edilməsidir.

iBurst texnologiyası haqqında
iBurst texnologiyası MBWA - Mobile Broadband Wireless Access IEEE802.20 standartına cavab verir və hazırda simsiz genişzolaqlı mobil məlumat ötürmə texnologiyaları arasında ən müasirdir.
2005-ci ilin sentyabr ayında iBurst texnologiyasına Amerika Milli Standartlar İnstitutu tərəfindən HC-SDMA (High Capacity Spatial Division Multiple Access) standartı verilmişdir.


16.03.2007 [çap variantı]
16 mart 2007-ci ildə elcell xidmətinin yeni müştəri xidmətləri ofisinin təntənəli açılış mərasimi keçirilmişdir. Ofis müasir konseptual yanaşma əsasında tərtib edilmiş və müştərilər üçün maksimal rahatlıq şəraitində xidmətlərin göstərilməsini təmin edəcəkdir. Ofisdə müştərilər elcell-in tam xidmət spektrindən istifadə etmək: mütəxəssislərin məsləhətlərindən faydalanmaq, optimal tarif planı müəyyənləşdirmək, şəbəkəyə qoşulmaq, ödəmələr aparmaq və eyni zamanda İnternet üçün aksessuarları əldə etmək kimi imkanlara malik olacaqlar. Tətbiq edilmiş müasir zənqlər mərkəzi (call-centre) 24 saat operativ xidmət göstərir və eyni zamanda 30-a qədər müştəri ilə telefon əlaqəsi yaratmaq imkanı verir. Ofisdə quraşdırılmış xüsusi stend İnternet sənayesi və müasir IP texnologiyalarının son nailiyyətləri ilə tanış olmaq üçün şərait yaradır. Yeni müştəri xidmətləri mərkəzi – Fətəli xan Xoyski, 2a ünvanında yerləşir (metronun "Gənclik" stansiyası, Ramstore supermarketi və McDonalds restoranının yanı)
 
    Inside view         Outside view

01.01.2007 [çap variantı]
Yeni il münasibəti ilə elcell xidməti simsiz modemlərin qiymətlərini 30 % aşağı saldı. Artıq geniş zolaqlı simsiz İnternet xidməti daha ucuz və əlverişli oldu. Stolüstü kompüter üçün simsiz modem 199 AZN, noutbuklar üçün simsiz modem cəmi 229 AZN. Modemlərin qiymətləri haqqında daha ətraflı.

07.12.2006 [çap variantı]
elcell internet xidməti 2006-ci ilin sonuna kimi abunə olmuş yeni müştərilərə 6 aylıq 128/128 kbps sütətli limitsiz paketini cəmi 299 AZN təklif edir.
Bu da, 235 AZN qənaət deməkdir.

11.09.2006 [çap variantı]
elcell xidməti müştərilərə 5 yeni limitsiz İnternet tarif paketi təqdim etmişdir. Beləliklə, İnternetə müxtəlif sürətlərlə limitsiz qoşulmaq üçün 49 manatdan başlayan aylıq ödəmələrlə saniyədə 64 kbit –dən 1 Mbit sürətə qədər paketlər mövcuddur.

08.09.2006 [çap variantı]
Yaxın günlərdə satışа elcell xidməti üçün yeni geniş zolaqlı simsiz modem (User terminal USB - UTU) təqdim ediləcəkdir. Kiçik, PCMCIA kart ölçüsündə olan bu modemin üstünlüyü ondan ibarətdir ki, modem həm stolüstü fərdi kompüter, həm də hərəkətdə olarkən noutbukdan istifadə etmək üçün USB port ilə təchiz edilmişdir. Beləliklə, hazırda elcell xidməti tərəfindən 3 növ modem təqdim edilmişdir: noutbuklar üçün UTC – PCMCIA kartı, Ethernet və ya USB portla təchiz edilmiş fərdi kompüterlər üçün UTD modemi və həmçinin, USB portla təchiz edilmiş kompakt UTU modemi.

30.08.2006 [çap variantı]
elcell xidmətinin əhatə dairəsinin genişlənməsi üzrə son bir ay ərzində həyata keçirilmiş texniki tədbirlər nəticəsində Bakı şəhərinin 8-ci kilometr, Bakıxanov, Əhmədli, Günəşli, Keşlə, Böyük-Şor, Həzi Aslanov, Sabunçu və Bayıl qəsəbələrində xidmətin keyfiyyət səviyyəsi artırılmışdır. Respublikamızın digər ərazilərində də elcell xidmətinin təşkil edilməsi üzrə hazırlıq işləri aparılır. Daha ətraflı...

08.07.2006 [çap variantı]
Artıq keyfiyyətli internet xidməti Bakı şəhərinin bütün mikrorayonlarında, Xırdalan, Biləcəri, Binəqədi, Maştağa, Mərdəkan, Bilgəh, Buzovna, Nardaran, Şüvəlan qəsəbələrində və Abşeron yarımadasında yerləşən bir sıra digər yaşayış məntəqələrində mövcuddur. Yaxın zamanlarda Yeni Günəşli və Hovsan qəsəbələrində də xidmətin göstərilməsi nəzərdə tutulub. Daha ətraflı...

27.04.2006 [çap variantı]
elcell xidmətinin iki yeni 3G və 10G internet paketləri müştərilərə təqdim edildi. Daha ətraflı...

16.03.2006 [çap variantı]
elcell xidmətinin iki yeni 1G və 5G internet paketləri müştərilərə təqdim edildi. Daha ətraflı...

20.02.2006 [çap variantı]
elcell müştəri xidmətləri telefon xətti artıq 24 saat ərzində həftənin 7 günü xidmət göstərir (Tel: 012 598 20 20)

11.02.2006 [çap variantı]
elcell xidməti rəsmi olaraq iBurst texnologiyasının dünya üzrə 3-cü kommersiya tətbiqi elan edilmişdir. Daha ətraflı...

01.12.2005 [çap variantı]
1 dekabr 2005-ci il tarixində Datacell MMC şirkəti elcell simsiz mobil İnternet xidmətinin kommersiya fəaliyyətinə başlamasını elan etdi.

Məlumat almaq üçün
Qoşulma tarifləri, Avadanlığın qiyməti,
Cari kampaniyalar
 
Texniki suallarla əlaqədər:
support@elcell.az
2005-2009© Copyright by Datacell Azerbaijan-British LLC Karyera        Əlaqə       Dillerlər       Missiya       İnvestorlar üçün